Afrika Millətlər Kubokunun seçmə mərhələsində Mozambik millisi Kabo-Verde yığmasını qəbul edib.

Offsideplus.az xəbər verir ki, qonaqlar rəqib üzərində minimal hesablı qələbəyə sevinib: 0:1.

Oyuna Kabo-Verdenin start heyətində çıxan "Qarabağ"lı Patrik Andrade 67-ci dəqiqədə əvəzlənib. "Zirə"nin futbolçusu Klesio Bauk isə 70-ci dəqiqədə meydana çıxıb.

Qeyd edək ki, Kamerunun 11 xalla lider olduğu F qurpunda Kabo-Verde yığması 10 xalla ikincidir.  Ruanda millisi 3-cü, Mozambik isə 4 xalla qrup sonuncusudur.