Hazırda "Anderlext"də çıxış edən məşhur fransalı futbolçu Samir Nəsri yoxa çıxıb.

Offsideplus.az xəbər verir ki, 32 yaşlı yarımmüdafiəçinin komandası məşqlərini bərpa etsə də, fransalı futbolçu klubun düşərgəsinə qayıtmayıb. Ümumiyyətlə, aprelin 1-dən başlayaraq o, nə klub rəhbərliyi, nə məşqçilər, nə də futbolçularla əlaqə qurub.

Oyunçunun çempionatda yaranan fasilə zamanı fərdi məşqləri necə keçirdiyinə dair də klubda məlumat yoxdur. Futbolçunun İnstaqramdakı rəsmi səhifəsində də son paylaşımı 1 apreldə olub.