AFFA İntizam Komitəsi futzal üzrə Yüksək Liqada çıxış edən “Premier” komandasını çempionatdan uzaqlaşdırıb.

Offsideplus.az xəbər verir ki, buna Quba təmsilçisi son turda EKOL-la görüşdə meydana çıxmayıb. Komandaya 0:5 hesablı texniki məğlubiyyət verilib.
Bununla da mövsümdə üçüncü dəfə meydana çıxmayan "Premier" turnirdən kənarlaşdırılıb.