ABŞ-ın "İnter Mayami" klubu CONCACAF Çempionlar Liqasının ilk 1/4 final qarşılaşmasında uğursuzluğa düçar olub.
Offsideplus.az xəbər verir ki, dünya ulduzu Lionel Messinin kapitanı olduğu komanda səfərdə "Los Anceles"ə uduzub - 0:1.
Qarşılaşmada yeganə qolu 57-ci dəqiqədə Natan Ordaz vurub. Hücum xəttində nə Messi, nə də Luis Suaresin cəhdləri məğlubiyyətdən xilas olmağa kifayət edib.
Tərəflər arasında cavab görüşü aprelin 10-da keçiriləcək.