Cənubi afrikalı futbolçu futbolla vidalaşıb.

Offsideplus.az Goal.az-a istinadən xəbər verir ki, söhbət Stiven Pinardan gedir.

Qeyd edək ki, 8 il “Everton”un şərəfini qoruyan Pinar 229 oyunda 26 qol vurub. "Borussiya Dortmund", "Tottenhem" və "Sanderlend"in də formasını geyinən futbolçu CAR millisində 62 oyun keçirib. Onun son klubu ölkəsinin "Bidvest Vits" klubu olub.