İspaniyanın “Atletiko” klubunun futbolçusu Tomas Parteyin evi qarət olunub.
Offsideplus.az xəbər verir ki, qanalı yarımmüdafiəçinin Boadile-del-Montedə yerləşən evi bir qrup şəxs tərəfindən soyulub.
Hadisə, Partey Çempionlar Liqasının “Lokomotiv”lə oyunu üçün Moskvada olarkən baş verib.
Oğrular evdə olan bütün pulları və qiymətli əşyaları oğurlayıblar.
“Lokomotiv” – “Atletiko” oyunu bu gün, saat 23:00-da start götürəcək(matc.az)