“Əl-Hilal” klubunun hücumçusu Neymar Braziliyanın “Santos” klubuna qayıdacağından danışıb.
Offsideplus.az xəbər verir ki, bu barədə o, ESPN-yə açıqlama verib:
“Heç bir şans yoxdur. Bu məlumat yalandır. “Əl-Hilal”la daha bir il müqaviləm var, ümid edirəm ki, meydana uğurla qayıdacağam, çünki təəssüf ki, zədə səbəbindən ötən mövsümü buraxdım.
“Santos” mənim sevimli komandamdır. Təbii ki, bir gün qayıtmaq istəyirəm, amma hazırda belə bir planım yoxdur”.