Millimizin hücumçusu Mahir Emrelinin çıxış etdiyi “Dinamo” bu gün Xorvatiya çempionatında növbəti oyuna çıxacaq.

Offsideplus.az xəbər verir ki, Zaqreb təmsilçisi 20-ci turda “İstra 1961”i qəbul edəcək. Oyun Bakı vaxtı ilə saat 20:00-da başlanacaq.

Artıq bu görüş üçün komandaların heyətləri də açıqlanıb. Mahir Emreli ehtiyat oyunçular arasında yer alıb.