UEFA rəhbərliyi Rusiya Futbol İttifaqının Asiya Futbol Konfederasiyasına qoşulmasının əleyhinədir.
Offsideplus.az xəbər verir ki, Avropanın ali futbol qurumu Rusiyanın üzvlüyünü itirmək istəmir. Qurum geosiyasi vəziyyətin gərginliyi azaldıqdan sonra Rusiyanın yenidən Avropa futboluna inteqrasiya etməsinin tərəfdarıdı. Bildirilib ki, UEFA üçün belə ölkənin üzvlükdən çıxması indiki durumda reputasiyaya böyük zərbə olacaq.
Rusiya Futbol İttifaqının İcraiyyə Komitəsi dünən Asiya Futbol Konfederasiyasına keçmək imkanını müzakirə edib.