Türkiyə yığmasının baş məşqçisi Şenol Günəş postunu tərk etməyə yaxındır.
Offsideplus.az "NTV Spor"a istinadən xəbər verir ki, "Ay-ulduzlular"ın ötən gecə DÇ-2022-nin seçmə mərhələsi çərçivəsində Niderlanda 1:6 hesabı ilə məğlub olması 69 yaşlı mütəxəssisin vəzifəsindən ayrılması ilə bağlı məsələni "alovlandırıb".
Günəşin bu gün Türkiyə Futbol Federasiyasının prezidenti Nihat Özdəmirlə görüşəcəyi gözlənilir. Bu görüşdə iki versiya var: ya qurum rəhbəri baş məşqçinin millidəki işinə xitam verəcək, ya da Şenol Günəş özü istefa ərizəsini federasiyaya təqdim edəcək.
Qeyd edək ki, 2019-cu ildən Türkiyə millisinin "sükanı arxasında" olan təcrübəli mütəxəssisin yığma ilə 2022-nin iyuluna qədər müqaviləsi var.