"Bavariya" klubundan ayrılan Mats Hummels yenidən "Borussiya"ya qayıdıb.
Offsideplus.az xəbər verir ki, 30 yaşlı futbolçu ilə 3 illik müqavilə bağlanıb. Almaniya millisinin üzvü yeni klubunda ilinə 10 milyon avro qazanacaq. “Borussiya”nın Hummelsə görə “Bavariya”ya ödəyəcəyi təzminat məbləği isə 38 milyon avrodur.
Qeyd edək ki, Hummels 2008-2016-cı illərdə də “Borussiya”nın formasını geyinib.