Avropa Liqasının 3-cü turunda "Fənərbağça" ilə oyun (1:1) "Mançester Yunayted"in futbolçusu Antoni üçün arzuolunmaz sonluqla yekunlaşıb.
Offsideplus.az xəbər verir ki, məlumatı "Bild" paylaşıb.
Mənbəyə görə, meydandan xərəklə təxliyə olunan oyunçunun durumu 24 saat ərzində məlum olacaq.
Qeyd edək ki, Antoni matçın 73-cü dəqiqəsində zədələnib.