"Aston Villa"nın kapitanı Con Makqinn, Avropa Liqasının finalına yüksəldikdən sonra baş məşqçi Unai Emeri haqqında tərif dolu sözlər işlədib.
Offsideplus.az xəbər verir ki, ilk oyunda "Nottinqem Forest"ə 1-0 hesabı ilə uduzan "Villa", doğma meydanda rəqibini 4-0 hesabı ilə darmadağın edərək finala vəsiqəni təmin edib. Premyer Liqa təmsilçisi mayın 20-də İstanbulda keçiriləcək finalda "Braqa"nı üstələyən "Frayburq"la qarşılaşacaq. Bu, Emerinin karyerasında çıxacağı altıncı Avropa Liqası finalı olacaq.
Oyundan sonra "TNT Sports"a danışan 31 yaşlı Makqinn ispaniyalı mütəxəssis barədə bunları deyib:
“O, Avropa kuboklarının yarımfinallarında bizdən çox daha təcrübəlidir. Konfrans Liqasının yarımfinalında, bəlkə də, bir qədər çox riskə gedib hücuma atılmışdıq, amma bu gün oyunu düzgün idarə etməyi bacardıq. O, möhtəşəmdir, lakin rəhbərliyi altında oynadığım bütün məşqçilər mənim üçün dəyərlidir. Stiv Brüs mənə İngiltərədə oynamaq üçün özünəinam verdi, Din Smit Premyer Liqada parlamağıma şərait yaratdı, Stiven Cerrard isə mənə lider olmağı öyrətdi".


