UEFA Avropa Liqasında bu gün yarımfinalın cavab oyunları keçirilir.
Offsideplus.az xəbər verir ki, mövsümün finalçıları müəyyənləşəcək.
İngiltərənin “Aston Villa” və “Nottingem Forest” komandaları üz-üzə gəlir. "Villa Park”da baş tutacaq görüş Bakı vaxtı ilə 23:00-da start götürəcək. Tərəflər arasında keçirilən ilk oyunda “Nottingem Forest” 1:0 hesablı qələbə qazanıb.
Digər həlledico görüşdə isə Almaniyanın “Frayburq” klubu “Europa-Park” stadionunda Portuqaliya təmsilçisi “Braqa”nı qəbul edir. Komandalar arasında ilk matç “Braqa”nın 2:1 hesablı qələbəsi ilə yekunlaşıb.
Qeyd edək ki, final görüşü mayın 20-də Türkiyənin İstanbul şəhərində yerləşən “Beşiktaş Park” stadionunda keçiriləcək.


