"Qarabağ" klubu bu gün Avropa Liqasının pley-offunda "Braqa"ya qarşı oyuna itklərlə çıxacaq.

Offsideplus.az-a klubun mətbuat xidmətindən verilən məlumata görə, Ağdam təmsilçisinin heyətində Kevin Medina zədəlidir. Oyunu buraxacaq digər oyunçu isə Marko Veşoviçdir. Monteneqrolu müdafiəçi cəzalıdır.

Qeyd edək ki, "Braqa" - "Qarabağ" matçı bu gün Bakı vaxtı ilə saat 00:00-da start götürəcək.