Avropa Liqasının 2-ci təsnifat mərhələsinin ilk oyunu çərçivəsində keçiriləcək "Qarabağ" - ÇSKA (Sofiya) matçından öncə baş məşqçilərin mətbuat konfranslarının vaxtı bəlli olub.

Offsideplus.az xəbər verir ki, Ağdam təmsilçisinin baş məşqçisi Qurban Qurbanov iyulun 22-də saat 18:00-da media nümayəndələrinin suallarını cavablandıracaq. Saat 18:20-də isə komandanın matçdan öncəki son məşqi tutacaq. Hər iki tədbir "Azərsun Arena"da baş tutacaq.

Qonaq komandanın baş məşqçisi Xristo Yanev isə elə həman gün saat 19:30-da Tofiq Bəhrəmov adına Respublika Stadionunda mətbuat konfransı keçirəcək. Bolqarıstan təmsilçisinin açıq məşqi saat 20:00-da eyni mekanda start götürəcək.

Hər iki kollektivin məşq prosesinin ilk 15 dəqiqəsi mətbuat üçün açıq olacaq.

Qeyd edək ki, "Qarabağ" – ÇSKA qarşılaşması iyulun 23-də Tofiq Bəhrəmov adına Respublika Stadionunda keçiriləcək və saat 20:00-da başlayacaq.