Azərbaycan millisinin futbolçusu Toral Bayramovun çıxış etdiyi Türkiyənin "Bursaspor" klubu mövsümlərarı fasilədə ilk yoxlama oyununu keçirib.
Offsideplus.az xəbər verir ki, "yaşıl timsahlar" "Esenler Erokspor"la qarşılaşıb və 2:0 hesabı ilə qələbə qazanıb.
T. Bayramov matça start heyətində başlayıb və digər əsas heyət oyunçuları kimi ikinci hissədə əvəzlənib.
Qeyd edək ki, 25 yaşlı cinah müdafiəçisi bu yay Türkiyə təmsilçisinə transfer olunub.


