“Football Meets Data” 2026/27 mövsümü avrokubokların ilk təsnifat mərhələsində qeydə alınan tamaşaçı sayını açıqlayıb.

Offsideplus.az xəbər verir ki, siyahının ilk pilləsində “Qarabağ”ın İslandiya təmsilçisi “Vestri” ilə keçirdiyi ilk görüş qərarlaşıb.

Tofiq Bəhramov adına Respublika stadionunda baş tutan oyunu (3:0) 23 549 azarkeş izləyib. Bu göstərici ilə “Qarabağ” - “Vestri” matçı ilk təsnifat mərhələsinin ən çox tamaşaçı toplayan matçı olub.