Cənubi Amerika Futbol Konfederasiyasının (KONMEBOL) prezidenti Alexandro Dominqes 2030-cu il Dünya Çempionatının formatı ilə bağlı diqqətçəkən açıqlama verib.
Offsideplus.az xəbər verir ki, qurum rəhbəri bildirib ki, turnirdə iştirakçı komandaların sayı 48-dən 64-ə çatdırılacaq.
Dünya Çempionatının 100 illik yubileyinə təsadüf edən turnirin keçirilmə planı iki mərhələdən ibarət olacaq:
- Açılış və yubiley matçları: Turnirin ilk xüsusi qarşılaşmaları Cənubi Amerikada — Uruqvay, Argentina və Paraqvay milli komandalarının ev sahibliyi ilə baş tutacaq.
- Əsas mərhələ: Təşkilatın qalan bütün qarşılaşmaları isə üç ölkədə — İspaniya, Portuqaliya və Mərakeşdə təşkil olunacaq.
Bu qərar dünya çempionatlarının yüzillik tarixini daha genişmiqyaslı şəkildə qeyd etmək məqsədilə irəli sürülüb.


