"Bavariya" klubu Konrad Laymerlə müqavilənin müddətini uzadıb.

Offsideplus.az xəbər verir ki, bu barədə Münhen təmsilçisinin mətbuat xidməti məlumat yayıb.

Yeni müqaviləyə əsasən, Avstriya millisinin futbolçusu 2029-cu ilə qədər Bundesliqa təmsilçisində davam edəcək.

Qeyd edək ki, müdafiəçi 2025/2026 mövsümündə "Bavariya"nın heyətində bütün turnirlərdə keçirdiyi 47 oyunda 3 qol vurub və 13 məhsuldar ötürmə ilə yadda qalıb.