“Karvan-Yevlax” heyətini yeni futbolçu ilə gücləndirib.
Offsideplus.az xəbər verir ki, bu barədə klub məlumat yayıb. Yevlax təmsilçisi Əkpər Vəliyevi heyətinə qatıb.
24 yaşlı qapıçı ilə mövsümün sonuna qədər müqavilə imzalanıb.
Qeyd edək ki, Ə. Vəliyev bundan öncə “MOİK” klubunda çıxış edib. O, karyerası ərzində “Cəbrayıl” və “Şamaxı” klublarının qapısını qoruyub.


