"Mançester Siti"nin təcrübəli dayaq yarımmüdafiəçisi Rodri karyerasını İspaniya nəhəngində davam etdirmək niyyətindədir.

Offsideplus.az xəbər verir ki, 2024-cü ildə "Qızıl top" mükafatını qazanan 30 yaşlı ispaniyalı futbolçunun "Real Madrid" formasını geyinmək istədiyi bildirilir.

Futbolçunun bu istəyinə baxmayaraq, Madrid klubunun prezidenti Florentino Peres transferi gerçəkləşdirməkdə hələ ki qərarlı görünmür. "Kral klubu"nun rəhbərliyi zədə keçmişi və futbolçunun yaşı ilə bağlı müəyyən şübhələr səbəbindən bu keçidə ehtiyatla yanaşır. Peres komandanın yarımmüdafiə xəttində daha gənc və uzunmüddətli layihələrə üstünlük vermək niyyətindədir.

Buna baxmayaraq, ispaniyalı ulduzun agentlərinin "Real Madrid" rəhbərliyi ilə əlaqələri kəsmədiyi və danışıqlar üçün münasib şərait axtardığı iddia olunur.