"Fənərbağça" UEFA Çempionlar Liqası 2-ci təsnifat mərhələsində "Qurnik"lə oynayacağı matç üçün heyətində dəyişiklik edib.
Offsideplus.az xəbər verir ki, "sarı-lacivərdlilər" Meyson Qrinvud və Natan Akeni siyahıya əlavə edərkən, Cengiz Ünder və Ognyen Mimoviç heyətdən çıxarılıb.
"Fənərbağça"nın UEFA siyahısında yer alan yenilənmiş oyunçular bunlardır:
Qapıçılar: Ederson, Mert Günok, Tarık Çetin.
Müdafiəçilər: Natan Ake, Çağlar Söyüncü, Mert Müldür, Nelson Semedo, Ceyden Ostervolde, Milan Şkrinyar, Yiğit Efe Demir, Arçi Braun.
Yarımmüdafiəçilər: Bartuğ Elmaz, Fred, Matteo Guendouzi, İrfan Can Kahveci, İsmail Yüksek, Levent Mercan, Oğuz Aydın, Anderson Taliska
Hücumçular: Marko Asensio, Sidiki Şerif, Meyson Qrinvud, Kerem Aktürkoğlu, Antoni Musaba
"Fənərbağça" - "Qurnik" matçı 21 iyul çərşənbə axşamı, Bakı vaxtı ilə saat 22:00-da Kadıköydə oynanacaq.


