"DH Volley" voleybol klubu heyətini daha bir legionerlə gücləndirib.
Offsideplus.az xəbər verir ki, komanda braziliyalı Qrasielya Ribeyro ilə müqavilə bağlayıb.
Bu, klubun mövsümlərarası fasilədə rəsmiləşdirdiyi ikinci legioner transferidir.
Qeyd edək ki, "DH Volley" yeni mövsümdə Çağırış Kubokunda mübarizə aparacaq.


