Luka Modriçin "Milan"da daha bir mövsüm qalmağa yaxın olduğu bildirilir.
Offsideplus.az xəbər verir ki, xorvatiyalı yarımmüdafiəçinin nümayiş etdirdiyi sabit oyun və liderlik keyfiyyətləri klub rəhbərliyinin razılığını qazanıb.
Tərəflər arasında yeni müqavilə ilə bağlı danışıqların müsbət istiqamətdə davam etdiyi vurğulanır.
Təcrübəli oyunçunun komandadakı gənclərə nümunə olması İtaliya təmsilçisi üçün bu qərarın verilməsində əsas amillərdən biridir.


