Almaniya millisinin sabiq futbolçusu Lotar Matteus DÇ-2026-nın İspaniya və Argentina (1:0, əlavə vaxtda) arasında keçirilən final matçının fasiləsində təşkil edilən şou-proqramı tənqid edib.

Offsideplus.az xəbər verir ki, Madonna, Şakira, BTS və Castin Biber kimi ulduzların çıxış etdiyi 27 dəqiqəlik fasiləni darıxdırıcı adlandıran Matteus, futbolla musiqi festivallarını qatışdırmağın əleyhinə olduğunu bildirib:

"Mən əyləncəyə qarşı deyiləm, amma futbolla festivalı qatışdırmaq olmaz. Azarkeşlərə şou yox, doğma 15 dəqiqəlik fasilə lazımdır. Bu cür uzanan fasilələr və su fasilələri oyunçuların konsentrasiyasını pozur, oyunun ritmini qırır. Futbolçu tez bir zamanda meydançaya qayıdıb oynamaq istəyir, nəinki soyunub-geyinmə otağında bağlı qalmaq. Bir futbol azarkeşi kimi bunun tez-tez təkrar olunmasını istəmirəm".