Argentinalı ulduz futbolçu Lionel Messi komandasının son uğursuzluğundan sonra sosial media hesabında azarkeşlərinə müraciət edib. 

Offsideplus.az xəbər verir ki, 39 yaşlı hücumçu azarkeşlərin dəstəyinə görə təşəkkür edərək bu sözləri qeyd edib:

"Ağrımız çox böyükdür və bu yaranın sağalması zaman alacaq. Amma eyni zamanda gözəl şeyləri də xatırlamağı üstün tuturam. Hər şeyimizi ortaya qoyaraq çevirdiyimiz oyunlar, yaddaşlarımızda əbədi canlı qalacaq anlar və böyük bir ölkənin dəstəyi".

Sözlərinə davam edən Messi meydanda son saniyəyə qədər mübarizə apardıqlarını və birlikdə böyük yol qət etdiklərini bildirib. Ulduz futbolçu bu çətin anlarda verilən dəstəyin komanda üçün böyük güc mənbəyi olduğunu diqqətə çatdırıb.