“Sabah”ın gənc futbolçusu komandadan ayrıla bilər.
Offsideplus.az xəbər verir ki, Aaron Maluda ilə “Bazel” klubu yaxından maraqlanır.
Bu barədə "L’Equipe" nəşri məlumat yayıb.
Fransa mətbuat orqanının yazdığına inansaq, İsveçrə klubu fransalı futbolçu üçün “bayquşlar”a yüksək məbləğ təklif etmək niyyətindədir.
Maluda ötən mövsüm Premyer Liqada 24 oyunda meydanda olub və 9 qol, 4 məhsuldar ötürmə ilə yadda qalıb.


