"Turan Tovuz" heyətini yeni legionerlə gücləndirib. 

Offsideplus.az xəbər verir ki, Tovuz təmsilçisi fransalı yarımmüdafiəçi Stiv Beusnardı transfer edib.

Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

34 yaşlı futbolçu ilə 2 illik müqavilə imzalayıb.

"Monpelye" klubunun yetirməsi olan təcrübəli oyunçu son mövsümü Fransa Liqa 2 təmsilçisi "Pau"da keçirib və bu komandanın heyətində 27 matçda meydanda olub.

Beusnard karyerası ərzində vətənində "Bezye" və "Ayaçço" kimi klubların da şərəfini qoruyub.