ABŞ, Kanada və Meksikanın birgə ev sahibliyi etdiyi dünya çempionatında gözləntiləri qarşılaya bilməyən futbolçuların adı məlum olub.
Offsideplus.az xəbər verir ki, mütəxəssislərin rəyləri əsasında "ESPN" nəşri turnirin ən uğursuz 11 nəfərlik heyətini tərtib edib. Heyətdə bir çox ulduz futbolçular yer alıb:
Qapıçı: Fernando Muslera (Uruqvay)
Müdafiəçilər: Niko Orayli (İngiltərə), Vircil van Deyk (Niderland), Mark Qehi (İngiltərə), Yozua Kimmix (Almaniya)
Yarımmüdafiəçilər: Skott Maktominey (Şotlandiya), Federiko Valverde (Uruqvay), Kristian Pulişiç (ABŞ), Brunu Fernandeş (Portuqaliya), Florian Virts (Almaniya)
Hücumçu: Neymar (Braziliya)
Qeyd edək ki, DÇ-2026-nın final qarşılaşmasında Argentina yığmasını əlavə vaxtda 1:0 hesabı ilə məğlub edən İspaniya millisi turnirin çempionu olub.


