İngiltərə millisinin sabiq futbolçusu, ikiqat "Qızıl top" mükafatçısı Kevin Kiqan vəfat edib.

Offsideplus.az xəbər verir ki, Kiqan 76 yaşında dünyasını dəyişib. O, iyunun 1-də "BBC Sport" telekanalına açıqlamasında dördüncü mərhələ xərçəng xəstəliyindən əziyyət çəkdiyini açıqlamışdı.

Kevin Kiqan futbolçu karyerası ərzində İngiltərənin "Liverpul", "Nyukasl" və "Sauthempton", Almaniyanın "Hamburq", eləcə də Avstraliyanın "Blektaun Siti" klublarında çıxış edib. O, "Liverpul"un heyətində üç dəfə İngiltərə çempionu, iki dəfə İngiltərə Superkuboku və UEFA Kubokunun qalibi olub, həmçinin İngiltərə Kuboku və Avropa Çempionlar Kubokunu qazanıb. "Hamburq"un heyətində isə Almaniya çempionluğu və ölkə kubokunu əldə edib.

Kiqan 1978 və 1979-cu illərdə "Qızıl top" mükafatına layiq görülüb və bu mükafatı iki dəfə qazanan yeganə ingilis futbolçu kimi tarixə düşüb.