Belçika Futbol Federasiyası milli komandanın baş məşqçisi Rudi Qarsiya ilə yolların ayrıldığını rəsmən açıqlayıb.

Offsideplus.az xəbər verir ki, 31 iyul 2026-cı il tarixinədək qüvvədə olan müqavilə uzadılmayacaq. Beləliklə, fransalı mütəxəssis Belçika millisindəki vəzifəsini ayın sonunda tərk edəcək. 

Qeyd edək ki, Rudi Qarsiya 2025-ci ilin fevralında Domeniko Tedeskonu əvəz edərək Belçika yığmasının baş məşqçisi təyin olunmuşdu. Onun rəhbərliyi altında komanda 2026-cı il dünya çempionatında 1/4 finala qədər irəliləsə də, sonradan turnirin qalibi olan İspaniyaya 1:2 hesabı ilə məğlub olaraq mübarizəni dayandırmışdı.