"Sabah"ın hücumçusu Coy-Lens Mikels UEFA Çempionlar Liqasının 2-ci təsnifat mərhələsində "KuPS"la keçiriləcək matçdan öncə təşkil olunan mətbuat konfransında iştirak edib.

Offsideplus.az xəbər verir ki, təcrübəli hücumçu qarşılaşma öncəsi komandadakı rəqabətdən, məşqçinin tapşırıqlarından və oyunla bağlı gözləntilərindən danışıb.

Meydandakı mövqeyi haqqında danışan futbolçu özünü daha çox hücumda rahat hiss etdiyini bildirib:

"Məşqçim hansı mövqedə şans versə, orada oynayacağam (gülümsəyir). Özümü daha çox hücumçu kimi hiss edirəm. Amma vinger kimi də oynamışam və qollar vurmuşam".

Mikels komandada rəqabətin yüksək olduğunu və hücumçu kimi üzərinə düşən məsuliyyəti dərk etdiyini vurğulayıb:

"Hər komandada olduğu kimi, burada da rəqabəti hiss edirəm. Məşqlərdə ən yaxşı formamızı göstərməliyik. Komandaya faydalı olmaqla yanaşı, qollar vurmalıyam".

Sonda "KuPS"la matçın əhəmiyyətinə toxunan almaniyalı legioner rəqibi yaxşı təhlil etdiklərini diqqətə çatdırıb:

"Bizi maraqlı qarşılaşma gözləyir. Çempion olmuşuq və bu turnirdə oynamaq xüsusi hissdir. 'KuPS' çox güclü rəqibdir. Bir həftədir onları təhlil edirik, baş məşqçimiz bizi oyuna ən yaxşı şəkildə hazırlayır. Ümid edirəm ki, meydanda optimal formamızı nümayiş etdirəcəyik".