"Liverpul"un sabiq baş məşqçisi Yurgen Klopp Avropa Çempionatının əsas favoritlərinin adını açıqlayıb.
Offsideplus.az xəbər verir ki, mütəxəssis bunları deyib:
"İspaniya millisi Avropa çempionu ola bilər. Fransa və Almaniya da pis çıxış etmir. Lakin düşünürəm ki, İngiltərə daha yaxşı nəticə göstərə bilər".
Qeyd edək ki, qitə birinciliyinin 1/4 final mərhələsində İspaniya Gürcüstanla, Fransa Portuqaliya ilə, İngiltərə isə İsveçrə ilə qarşılaşacaq.