İspaniya millisinin baş məşqçisi Luis de la Fuente gələcəyi haqda maraqlı açıqlama verib.
Offsideplus.az xəbər verir ki, "Marca"ya danışan mütəxəssis federasiyadan təklif almadığını bildirib:
"Avropa çempionunun müqaviləsiz qalması normal deyil. Luis Enrike ilə belə olardımı? Bilmirəm! Bu, normal deyil. Mən U-21-dəki şərtlərlə işləyirəm. Yeni təklif gəlsə? Düzünü deyəcəm. Dərhal müqavilə bağlayardım".
Qeyd edək ki, Luis de la Fuentenin 2024-cü ilə qədər müqaviləsi var. İspaniya Futbol Federasiyasının onunla 2026-cı ilə qədər yeni saziş bağlayacağı bildirilir.