Beynəlxalq dərəcəli hakim-inspektor Babək Quliyev UEFA-dan növbəti təyinat alıb.
Offsideplus.az xəbər verir ki, o, 21 yaşadək futbolçulardan ibarət komandalar arasında Avropa Çempionatının seçmə mərhələsinin Türkiyə - Latviya oyununun hakim-inspektoru olacaq.
A qrupunun matçı oktyabrın 11-də İstanbul şəhərində yerləşən Atatürk Olimpiya Stadionunda baş tutacaq.