"Mançester Yunayted" "Napoli"nin futbolçusu Kim Min-Ceni transfer etməyə çox yaxındır.

 Offsideplus.az xəbər verir ki, bu barədə "Corriere dello Sport" məlumat yayıb. Mənbəyə görə, "qırmızı şeytanlar" Cənubi koreyalı müdafiəçinin müqaviləsində yer alan sərbəstqalma məbləği olan 60 milyon avro ödəməyə hazırlaşır.

Qeyd edək ki, Kim Min-Ce "Napoli"yə 2022-ci ildə "Fənərbağça"dan keçmişdi.