Argentinanın “Boka Xuniors” klubu “Yuventus”un qapıçısı Canluici Buffona maraq göstərir.

Offsideplus.az xəbər verir ki, “Boka Xuniors” 40 yaşlı qapıçı ilə 6 aylıq müqavilə bağlamaq niyyətindədi. Argentina nəhəngi Libertadores kubokunun həlledici oyunlarında Buffonun təcrübəsinə güvənmək istəyir.

“Boka Xuniors” bu istəyini reallaşdırmaq üçün 2013-15-ci illərdə “Yuventus”un şərəfini qorumuş Karlos Tevesdən vasitəçi kimi yararlanacaq.

Buffonun mövsümün sonunda “Yuventus”la müqaviləsi bitir.