"Napoli" Pepe Reynaya əvəzləyici tapıb.

İngiltərə milli komandasının qapıçısı Co Hart karyerasını İtaliyada davam etdirə bilər. Offsideplus.az xəbər verir ki, “çərçivə qoruyucusu”nun xidmətində “Napoli” maraqlıdır.

Müqavilə ilə “Mançester Siti”yə məxsus olan, hazırda isə “Vest Hem”də çıxış edən 31 yaşlı qapıçı da yenidən İtaliyaya dönməyin əleyhinə deyil. Amma bunun üçün əvvəlcə Pepe Reyna Neapoldan ayrılmalıdı.

Qeyd edək ki, “Mançester Siti”dəki çıxışları ilə tanınan Hart 2016/17 mövsümünü icarə əsasında A seriyası klublarından “Torino”da keçirib.