UEFA Çempionlar Liqasının 1/4 finalında "Mançester Siti" "Bavariya"ya 3:0 hesabı ilə qalib gəlib.
Offsideplus.az xəbər verir ki, oyunda fərqlənən Erlinq Haaland yeni rekorda imza atıb. 23 yaşlı hücumçu cari mövsüm vurduğu qolların sayını 45-ə çatdırıb. O, İngiltərə Premyer Liqasının oyunçuları arasında bir mövsümdə rəqib qapılarına ən çox yol tapan futbolçu olub.
Qeyd edək ki, Haaland karyerası boyunca çıxdığı 26 Çempionlar Liqası matçında 34 qol vurub.