Bu gecə UEFA Çempionlar Liqasında qalan 2 yarımfinalçının da adı müəyyənləşəcək.
Offsideplus.az xəbər verir ki, gecənin ən maraqlı, gözlənilən oyunu Madriddə baş tutacaq. Yerli "Real" bir həftə öncə 3 cavabsız top buraxdığı "Arsenal"ı üstələməyə çalışacaq.
İtaliyada "İnter" və "Bavariya" arasında keçiriləcək qarşılaşmada da hansı komandanın favorit olduğunu söyləmək çətindir.
Xatırladaq ki, dünən "Barselona" və PSJ klubları yarımfinala vəsiqə qazanıblar.
Çempionlar Liqası, 1/4 final, cavab oyunları
23:00 "Real" - "Arsenal"
İlk oyun - 0:3
23:00 "İnter" - "Bavariya"
İlk oyun - 2:1