"Napoli"nin futbolçusu Covanni Simeone "Liverpul"a qarşı dünən baş tutan Çempionlar Liqası matçının 44-cü dəqiqəsində fərqlənib.
Offsideplus.az xəbər verir ki, 27 yaşlı hücumçu qol vurduqdan sonra qolundakı Çempionlar Liqası tatusunu öpüb.
"Hələ 14 yaşımda olanda qoluma Çempionlar Liqası topunun tatusunu etdirdim. Həmişə ÇL-də oynamağın xəyalını qurmuşdum. Bura gəlib çıxmaq üçün çox şey etdim və indi burda olduğum üçün çox həyəcanlıyam. ÇL-də qol vurub tatumu öpmək uşaqlıqda qurduğum ən gözəl xəyallardan biri idi və buna nail oldum".
Qeyd edək ki, baş məşqçi Dieqo Simeonenin oğlu olan Covanni bu yay "Napoli"yə transfer olunub.