"Qarabağ" klubunun futbolçusu Kadi Borges komandasının avrokuboklardakı növbəti oyununu buraxacaq.
Offsideplus.az xəbər verir ki, buna səbəb 26 yaşlı yarımmüdafiəçinin UEFA Çempionlar Liqasının 2-ci təsnifat mərhələsində "Sürix"lə hazırda davam edən cavab oyunun 76-cı dəqiqəsində sarı vərəqə alaraq cəzalı duruma düşməsidir.
Bu, onun 2022/23 mövsümündəki 3-cü sarı vərəqəsi olduğu üçün futbolçu "Qarabağ"ın Çempionlar Liqasında və ya Avropa Liqasında mübarizəni davam etdirməsindən asılı olmayaraq, növbəti matçda iştirak etməyəcək.