AFFA-nın icraçı vitse-prezidenti Elxan Məmmədov "CBC Sport" telekanalında yayımlanan "Turdan Sonra" verilişinə telefon xətti ilə qoşulub.
Offsideplus.az xəbər verir ki, o, UEFA Çempionlar Liqasında baş tutacaq olan “Qarabağ” - “Molde” matçı haqda danışıb.
Elxan Məmmədov oyunun keçiriləcəyi stadion məsələsi ilə bağlı UEFA-ya müraciət etdiklərini və Ağdam klubunun 30 ildir doğma meydandan kənarda oynadığını bildirdiklərini deyib:
"Biz UEFA-yla danışanda onlara dedik ki, onsuz da “Qarabağ” futbol klubu 30 ildir doğma meydandan kənarda oynayır. “Qarabağ” klubu qərar qəbul etdi ki, oyun Kiprdə keçirilsin. Rəqib komanda Macarıstan və Yunanıstanı da təklif etmişdi".