İngiltərə Premyer Liqasının 32-ci turunda tarixi nəticəyə imza atılıb.

Offsideplus.az xəbər verir ki“Kristal Pelas” ev oyununda “Brayton” üzərində 2:1 hesablı qələbə qazanaraq Premyer Liqa tarixində 9 nəfərlə qalmasına baxmayaraq, qalib gələn ilk komanda olub.

Londonda keçirilən qarşılaşma gərginliyi və dramatik anları ilə yadda qalıb. Görüşün əsas məqamlarından biri “Kristal Pelas”ın iki futbolçusunun – Nketia və Mark Qehinin qırmızı vərəqə alaraq meydandan qovulması olub. Buna baxmayaraq, say azlığında oynayan ev sahibləri oyuna tam nəzarət edə biliblər və əzmkar qələbə qazanıblar.