"Çelsi" nin müdafiəçisi Uesli Fofana sıradan çıxıb.
Offsideplus.az xəbər verir ki, 24 yaşlı futbolçu bu mövsüm bir daha meydana çıxa bilməyəcək. Bu barədə insayder Fabritsio Romano məlumat verib.
"Çelsi" Fofananı 2022-ci ilin yayında 80 milyon avroya "Lester"dən transfer edib. O, cari mövsümdə 14 oyunda meydanda olmuşdu.