Bu gün Serbiyada keçirilən Gimnaziada İdman Oyunları start götürür.

Offsideplus.az xəbər verir ki, ilk yarış günündə Azərbaycan idmançıları da arenaya çıxacaqlar. Onlar 6 idman növündə – qılıncoynatma, güləş, şahmat, badminton, tennis və idman gimnastikasında güclərini sınayacaqlar.

Qeyd edək ki, aprelin 6-dan 12-dək davam edəcək yarışda 56 ölkədən 2742 idmançı iştirak edəcək. Azərbaycan bu mötəbər turnirdə 18 idman növü üzrə ümumilikdə 191 idmançı ilə təmsil olunur.