Bu gün Azərbaycan Basketbol Liqasında müntəzəm mövsümün sonuncu - XX turunun qalan oyunları keçirilib. 

Offsideplus.az xəbər verir ki, Bakı İdman Sarayı saat 12:30-da A qrupunda "Naxçıvan" və "Sabah" komandalarının oyununa ev sahibliyi edib. Görüşdən "bayquşlar" qələbə ilə ayrılıb. 

"Gəncə" isə saat 14:00-da B qrupunda "Sumqayıt"la üz-üzə gəlib.

Azərbaycan Basketbol Liqası, XX tur

A qrupu

12:30 "Sabah" - "Naxçıvan" 111:89 (36:16; 20:18; 29:25; 26:30)

Bakı İdman Sarayı

B qrupu

14:00 "Gəncə" - "Sumqayıt" 94:92 (18:23; 26:20; 20:21; 30:28)

Gəncə İdman Sarayı