"Mançester Yunayted" klubu futbolçusu Alexandro Qarnaço üçün istədiyi məbləği aşağı salıb.
Offsideplus.az xəbər verir ki, "qırmızı şeytanlar" argentinalı futbolçu üçün daha öncə 60 milyon funt-sterlinq tələb edirdi. "Mankunianlar" bu məbləği 40 milyona salıb.
Bu barədə "Il Mattino" portalı məlumat yayıb.
Qarnaço ilə "Napoli" və "Çelsi" yaxından maraqlanır.
20 yaşlı vinger cari mövsümdə 48 oyunda 9 qol vurub və 8 məhsuldar ötürmə edib.