Misli Premyer Liqasında XXIX turun görüşləri keçirilib.
Offsideplus.az xəbər verir ki, bu gün iki qarşılaşma baş tutub. Günün əsas matçında "Qarabağ" "Zirə"ni qəbul edib.
Bu komandalar hazırda turnir cədvəlində ilk iki yerin sahibidir. Ağdam klubu 70 xalla lider, "qartallar" isə 55 xalla ikincidir.
5 aprel (şənbə)
19:30 “Qarabağ” – “Zirə” 1:0
Qol: Kadi Borges, 17
Hakimlər: İnqilab Məmmədov, Namiq Hüseynov, Rahil Ramazanov, Əkbər Əhmədov
VAR: Tural Qurbanov
AVAR: Asiman Əzizli
Hakim-inspektor: Orxan Məmmədov
AFFA nümayəndəsi: Asif Əliyev
Tofiq Bəhramov adına Respublika Stadionu